`Trampla müttəfiq ola bilərik` - Əsəd


15:46     16 Noyabr 2016 esahmi7.jpg

Suriya prezidenti Bəşər Əsəd ABŞ-da keçirilən prezident seçkilərinin ardından terrorizmə qarşı Trampla birgə mübarizə apara biləcəklərini deyib.


Portuqaliya TV-lərindən birinə danışan Əsəd bildirib ki, ABŞ, İran və Rusiya ilə birləşərək terrorizmə qarşı mübarizədə müttəfiq ola bilərlər.

Trampın İŞİD yaraqlılarına qarşı döyüşmək sözünün ümidverici olduğunu bildirən Əsəd `Tramp sözünü tutacaqmı?` sualına `Gözləyib görəcəyik` cavabını verib.

Əsəd sonda onu da qeyd edib ki, ABŞ daxilindəki bəzi kəsimlər Trampı fikrindən döndərə bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1316


Oxşar xəbərlər